Modern.az

Osloda ”Azərbaycan Guşəsi”  açılıb

Osloda ”Azərbaycan Guşəsi”  açılıb

Aktual

25 Oktyabr 2016, 22:14

Norveçdə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə  Azərbaycanla bağlı fotosərgi keçirilib. Modern.az saytı xəbər verir ki, sərgi Oslo şəhərinin  Saqene Könüllülər Mərkəzində və  Norveç kraliçasının açılış etdiyi Früset kitabxanasında  keçirilib. Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr edilən sərgidə ölkəmizin tarixinə, təbiətinə, mədəniyyətinə, gənclərinə və tolerantlığına həsr olunan fotolar təqdim olunub. Sərgidə Norveç Azərbaycanlıları Gənclər Təşkilatı və Oslo Azərbaycan Evinin dəstəyi ilə Azpress.AZ xəbər saytının foto-müxbiri Rüstəm İsmayılovun müəllifi olduğu fotolar nümayiş olunub.

 

Kitabxanada gerçəkləşən  və  10-dan artıq ölkənin mədəniyyətinin  təqdim olunduğu Sərhədsiz Mədəniyyət Festivalında  Azərbaycana həsr edilən sərgidə Rüstəm İsmayılovun 25 əsəri tədbirin iştirakçılarına təqdim olunub. Azərbaycan guşəsi festival iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sərginin iştirakcıları tanınmış foto-müxbirin əsəlirində bir daha Azərbaycan tarixi, mədəniyyəti və tolerantlığın canlı təcəssümünün şahidi olublar. Fotolardakı rənglər harmoniyası, təbiətimizin füsunkar və ecazkarlığını iştirakçılara ustalıqla göstərib.

 

Foto-müxbir Rüstəm İsmayılovun sərgisi  23 təşkilatı özündə birləşdirən Saqenə Könüllülər mərkəzində oktyabrın 31-dək davam edəcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır