Modern.az

Azarkeşi döyən futbolçu “Neftçi”dən QOVULACAQ

Azarkeşi döyən futbolçu “Neftçi”dən QOVULACAQ

25 Oktyabr 2016, 23:14

Premyer Liqanın 9-cu turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçından sonra meydan sahiblərinin baş məşqçisi Elxan Abdullayev mətbuat konfransı keçirib. Modern.az saytı xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, konfrans daha çox “dəyirmi masa”nı xatırladıb. Elxan Abdullayev konfransda azarkeşi döyən futbolçu Katalin Tirayla bağlı sualı cavablandırıb və onun komandadan qovulacağını bildirib.

Həmin açıqlamaları təqdim edirik:

 

- Bu gün Azərbaycanın ən güclü komandasına qarşı oynayırdıq. Bu üzdən də müdafiə taktikası seçmişdik. Taktika özünü doğrultdu. İlk qol uzaq məsafədən vurdu. İkinci top isə matçın sonunda avtoqoldan daxil oldu.

 

- Katalin Tira rəqib qapısına qol vurmaq əvəzinə, azarkeşi vurdu…

 

- Onu komandadan qovacağıq. “Neftçi” “fair-play”ə həmişə riayət edib. Bəli, azarkeş də meydana daxil olmalı deyildi. Ancaq bu, heç bir futbolçuya ixtiyar vermir ki, azarkeşi vursun.

 

- İkinci hücumçunu yalnız 87-ci dəqiqədə buraxdınız. Nəyi gözləyirdiniz?

 

- Hesab 1:0 idi. İstənilən qol oyunda dönüş yarada bilərdi.

 

- “Neftçi”ni qəbul etdiyiniz vaxtla indiki arasında fərq var?

 

- Əlbəttə! “İnter”lə oyunda futbolçuları qıcolma tuturdu. Bu gün 90 dəqiqə mübarizə apardılar. Mən sehrbaz deyiləm. Gələn gündən demişəm ki, səbr eləyin. Heç olmasa, qışa qədər gözləmək lazımdı.

 

- “Neftçi”nin hədəfini açıqlaya bilərsiniz?

 

- Qışa qədər əsas rəqiblərimizin bizdən çox uzaqlaşmamasını istəyirik. Qışdan sonra fərqli “Neftçi” görəcəksiniz. Mən millidə işlədiyim dövr, “Neftçi” rəhbərliyi AFFA-ya müraciət etdi. Mən də burda komandanı pis vəziyyətdən çıxarmaq istəyirəm.

 

- Dünya praktikasında milli və klubda eyni vaxtda uğurla işləyən mütəxəssis tanıyırsınız?

 

- Valeri Lobanovski nümunəsi. Elə Aleksandr Starkov da müsbət nəticələrlə yadda qalıb. İndi “Neftçi” quyudadı. Bu quyudan çıxmaq lazımdı. “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 6-cı ilində çempion oldu. Zamana ehtiyac var. Uşaq da anadan olanda ət yemir, süd içir.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?