Modern.az

Beynəlxalq təşkilat Azərbaycanı "namizəd ölkə" statusunda saxladı

Beynəlxalq təşkilat Azərbaycanı "namizəd ölkə" statusunda saxladı

Aktual

26 Oktyabr 2016, 12:39

Bu gün "Mədən sənayesində şəffaflıq təşəbbüsü" (MSŞT) üzrə beynəlxalq rəhbər komitə Azərbaycanın öhdəliklərinin MSŞT standarlarına uyğunluğunun qiymətləndirilməsi ilə bağlı yekun qərarını verib.

 

Modern.az-ın xəbərinə görə bu barədə MSŞT üzrə beynəlxalq idarə heyətinin üzvü Qubad İbadoğlu məlumat verib.

Qərarda deyilir ki, Azərbaycan MSŞT sahəsində birinci qiymətləndirmə ilə müqayisədə ümumilikdə əhəmiyyətli proqres əldə edib və bir neçə fərdi tələb üzrə irəliləyişə nail olub.

 

İdarə Heyəti bütün bunları nəzərə alaraq hesab edir ki, Azərbaycan namizəd statusunda qalır.


İdarə heyəti hesab edir ki, Azərbaycanın MSŞT-nin 1.3. saylı "Vətəndaş cəmiyyətinin iştirakı" standartı üzrə vəziyyəti qənaətbəxş deyildir. Odur ki, İdarə Heyəti hökümətə və çoxtərəfli qrupa icra müddəti növbəti iclasa qədər olan islahedici tədbirlər planı təqdim edir. Əgər islahedici tədbirlər planının icrası uğursuz olarsa, o halda ölkənin MSŞT standartlarıa görə fəaliyyəti dayandırılır.

 

İdarə Heyəti həmçinin katibliyə tapşırıb ki, növbəti toplantıya qədər Azərbaycanın qiymətləndirilməsi ilə bağlı hazırlıq işlərini başa çatdırsın. İdarə Heyəti növbəti addımları qiymətləndirmə hesabatı və MSŞT standartı əsasında müəyyənləşdirəcək”.


Bu haqda məlumat verən iqtisadçı Qubad İbadoğlu qeyd edib ki, Mədən sənayesində şəffaflıq təşəbbüsü"nün beynəlxalq İdarə Heyətinin növbəti toplantısının 8-9 mart 2017-ci ildə keçirilməsi planlaşdırılıb.

 

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır