Modern.az

Qarabağ İcması da müharibə variantını DƏSTƏKLƏDİ

Qarabağ İcması da müharibə variantını DƏSTƏKLƏDİ

26 Oktyabr 2016, 12:48

“Yalnız Ali Baş Komandan, cənab prezidentin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad oluna bilər”.

 

Bunu Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov bildirib.

 

B. Səfərov Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq təşkilatlara inanmadığını da vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın indiki siyasəti yalnız işğalçılıq mahiyyətindədir.

 

"Cənab prezident İlham Əliyev də çıxışında bildirdi ki, Ermənistan sülh istəmir. Azərbaycan xalqı da, prezidenti də bu günə qədər sülh istəsə də, Ermənistan buna qarşı gedir. Düşmən ölkə torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq istəmir. Onlar bu məsələdə tam olaraq qeyri-konstruktiv mövqe nümayiş etdirirlər.

 

Azərbaycanın yalnız və yalnız bir yolu var: Bu da Azərbaycan Ali Baş Komandanının rəhbərliyi ilə ordumuzun torpaqlarımızı azad etməsidir. Ermənistanın son addımları, verilən bəyanatlar özlərini ifşa edir. Onlar Azərbaycan torpaqlarını işğal etdiyini etiraf edirlər”,-deyə o əlavə edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı