Modern.az

Leyla və Arif Yunusovların şikayətinə noyabrın 2-də baxılacaq

Leyla və Arif Yunusovların şikayətinə noyabrın 2-də baxılacaq

Aktual

26 Oktyabr 2016, 12:52

Yunusların kassasiya şikayətinə baxılması təxirə salınıb. Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

 

O deyib ki, Leyla Yunus və Arif Yunusun işi üzrə kassasiya şikayətlərinə baxış iclası 2 noyabr, saat 16.00-a təxirə salınıb.

 

Vəkil prosesin təxirə salınmasına da aydınlıq gətirib:

“Səbəb kimi mənim iki ay əvvəl sənədlərin surətlərinin verilməsi barədə vəsatətimin bu müddət ərzində icra ediləcəyi göstərilib”.

 

Leyla Yunusovanın Cinayət Məcəlləsinin 178.3.2, 192.2.2, 213.2.2, 320.1, 320.2-ci maddələrilə,  Arif Yunusov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2015-ci il tarixli qərarından Ali Məhkəmənin Cinayət Kollegiyasına verilmiş kassasiya şikayətlərinə oktyabrın 26-da, saat 11:00-da Ali Məhkəmənin binasında baxılacaq.

 

 

Leyla Yunus Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakları müsadirə olunmaqla 8 il 6 ay, həyat yoldaşı Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə Yunusovların hər ikisini 5 il şərti cəza ilə azadlığa buraxıb.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı