Modern.az

Milli Məclisdə dərmanlarının reklamı pislənildi

Milli Məclisdə dərmanlarının reklamı pislənildi

26 Oktyabr 2016, 12:57

Azərbaycan Milli Məclisin Səhiyyə Komitəsinin iclasında “İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqında” və “Dərman vasitələri haqqında” qanunlarına dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Modern.az-ın xəbərinə görə, layihədə “İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqında” qanunun 16-cı maddəsinə dəyişiklik təklif edilir. Əvvəllər transplantasiyaya aid reklama qanunvericilikdə müyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilirdisə, təklif olunan dəyişikliyə əsasən, reklamın tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayılmanmasına yol veriləcək. “Dərman vasitələri haqqında” qanununa isə 16-1 maddəsinə dəyişiklik təklif edilir. Layihəyə əsasən, Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş tibbi təyinatlı texnika, müalicə, proflaktika, diaqnostika və reabilitiasiya metodları reklam oluna bilər.

 Yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş tibbi təyinatlı texnika, müalicə, proflaktika, diaqnostika və reabilitiasiya metodlarının reklamvericisi reklam istehlakçısına və reklam yayıcısına, onların tələbi əsasnda müvafiq icra hakimiyyəti orqanının akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikatın, dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin,dərman vasitəsindən istifadəyə dair təlimatın, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, mənşə sertifikatının, reklamda istinad olunduqda, məlumat tədqiqatlarının nəticələrini təsdiq edən sənədin surətlərini təqdim edir. Bundan başqa, Dərman vasitələrinin pulsuz paylanılması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayət olunan reklam aksiyalarının keçirilməsi qadağandır. Hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iclasda deyib ki, Azərbaycanda həkim resepti olmadan buraxılan dərmanların geniş şəkildə reklamının tərəfdarı deyil.

Komitə sədri bildirib ki, həkim resepti olmadan buraxılan dərmanların düzgün təyin edilmədən, düzgün dozada müəyyən edilmədən qəbulu sonradan ciddi fəsadlara gətirib çıxarır:

“Bəzən kimsə reklamda dərmana baxır deyir ki, bu pataloji əlamətdən məndə də var. Gedir həmin dərmanı alıb atır, amma sonra məlum olur ki, bu dərman ona uyğun deyil və sonra da xəstənin müalicəsi daha da çətinləşir”.

Əhliman Əmiraslanov əlavə edib ki, Azərbaycanda dərman istehsalı ilə bağlı ciddi işlər aparılır:

“Dövlət başçısının dərman vasitələrinin təchizatı ilə bağlı ciddi tapşırıqları var və ölkədə dərman istehsalı zavodlarının yaradılması istiqamətində mühüm işlər aparılır”.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi