Modern.az

Magistraturanı bitirməyən psixoloqlar klinikalarda çalışa bilməyəcəklər

Magistraturanı bitirməyən psixoloqlar klinikalarda çalışa bilməyəcəklər

Hadisə

26 Oktyabr 2016, 13:16

Azərbaycan Milli Məclisin Səhiyyə Komitəsinin iclasında “Psixoloji yardım haqqında” qanun layihəsi müzakirə çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, bu qanun layihəsində psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, psixoloji yardım göstərilməsi sahəsində münasibətləri tənzimləyir. Layihəyə əsasən, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixoloji yardım üzrə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edirlər. Psixoloji yardımın növləri psixoloji məsləhət, psixoloji korreksiya, psixoloji proflaktikadır.

 

Dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir. Psixoloji yardım alan şəxslərin arzusu ilə ona anonim göstərilə bilər. Mülkiyyət növündən asılı olmayaraq istənilən səhiyyə müəssisələrində psixoloji yardımın göstərilməsi ilə təhsili klinik psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan mütəxəssislər məşğul ola bilərlər. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir