Modern.az

“Onların sayı 2015-ci ildə 9733 nəfər idi”

“Onların sayı 2015-ci ildə 9733 nəfər idi”

26 Oktyabr 2016, 13:19

 

Qadın Konsensus Mərkəzi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "Qadın fermer təsərrüfatı: problemlər, təşəbbüslər və uğurlar" mövzusunda layihə həyata keçirir.

2 ay davam edəcək layihə çərçivəsində Azərbaycanda kənd təsərrüfatlarının inkişaf etməsi, uğur hekayələrinin mediada işıqlandırılması, "15 oktyabr-"Dünya qadınlar günü" nə diqqət ayırması ilə bağı təşviqat aparmaq planlaşdırılır.

 

Moden.az-ın xəbərinə görə, tədbirdə çıxış edən mərkəzin rəhbəri Aynur Camalqızı bildirib ki, Azərbaycanda son illər qeyri neft sektoruna marağın artması ilə bağlı kənd təsərrüfatı alternativ sahə kimi tez-tez xatırlanır.

“2015-ci ildə rəsmi statistik məlumatlarına əsasən, məşğul əhalinin 36,4 faizi kənd təsərrüfatında fəaliyyət göstərir. Kənd təsərrüfatı ilə məşğul olan fərdi sahibkarların neçə faizinin qadın olması rəsmi statistikada əksini tapmır.

Bu gün sadəcə kənd təsərrüfatında muzdla işləyən qadınların sayı bəllidir. Onların sayı 2015-ci ildə 9733 nəfər olub. 2014-cü ildə bu rəqəm 10125 nəfər idi"

Deputat Fəzail Ağamalı isə vurğulayıb ki, Azərbaycanda gender berabərliyi var.

“Bu qanunda da göstərilib. Azərbaycan qadınları dövlət işlərindən tutmuş digər sahələrdə də kişilərlə birdə fəaliyyət göstərir. Təəssüf ki, kənd təsərrüfatı sahəsində qadınların fəaliyyətinə çox az rast gəlirik. Kənd yerlərində qadınların daha çox fiziki işlərdə çalışdığını müşahidə edirik. Kişilər isə çox vaxt çayxanalarda olur. Qadınlar çay toplanmasında, çəltik əkinində və kənd təsərrüfatının digər sahələrində muzdlu olaraq işləyirlər. Qadın fermerlərə çox az hallarda rast gəlinir. Kişi fermerler muzdlu çalışdırdıqları qadınlara çox az əmək haqqı verirlər. Belə layihələr qadınların cəmiyyətdə daha çox təmsil olunmasına kömək olacaq. Bölgələrdə belə tədbirlər keçirərək maarifləndirmə işləri aparmalıyıq".

 

Deputat Çingiz Qənizadə: "Bu fermer təsərrüfatında idarəçiliyin qadınlara verilməsi bir çox problemləri ortaya çıxacaq. Ancaq zamanla bu problemlər həll olacaq. Fermer təsərrüfatları daha çox ailə və qohumlar birliyindən təşkil edilir. Torpaqlarımız kənd təsərrüfatına hələki hazır deyil. Bunun üçün şoran torpaqların yuyulması lazımdır, meliorasiya işləri görülməlidir. Mən düşünürəm ki, fermer təsərrüfatı olduqca çətin və risklidir. Əkin işlərindən tutmuş heyvanların otarılmasına qədər xüsusi diqqət tələb olunur. Qadın fermerlərin fəaliyyətinin dəstəklənməsi sahibkarlığın inkişafına fayda verəcək".

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi