Modern.az

Milli Məclisdə dərman qiymətləri ilə bağlı müzakirə olacaq

Milli Məclisdə dərman qiymətləri ilə bağlı müzakirə olacaq

Aktual

26 Oktyabr 2016, 13:22

Mili Məclisdə Azərbaycanda dərman bazarının vəziyyəti müzakirə olunacaq.

 

Modern.az-ın xəbərinə görə, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

 

Komitə sədri bildirib ki, bu gün ölkədə dərman bazarında müəyyən problemlər mövcuddur: “Ona görə də biz yaxın gələcəkdə Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Tarif Şurası və parlamentin Səhiyyə komitəsi, mütəxəssislərin iştirakı ilə bu məsələ ətrafında geniş diskussiya keçirəcəyik. Bu diskusiyalarda dərman bazarındakı vəziyyət, qiymətlər məsələsi müzakirə olunacaq”.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!