Modern.az

Ürəyiniz yananda bir qurtum Azərbaycan premium çayı...

Ürəyiniz yananda bir qurtum Azərbaycan premium çayı...

26 Oktyabr 2016, 14:00

Dünyada müxtəlif içki növləri var. Amma çay azərbaycanlıların vazkeçilməzidir. Başı ağrıyan, soyuqdan donan, kefi olmayan bir stəkan pürrəngi çay içməklə özünə gələ bilir. Bəzilərimiz onu açıq rəngli, bəzilərimiz xoruzquyruğu, bəzilərimiz limonlu içməsək, ürəyimizə yatmır. Hətta çayın dadının süzüldüyü stəkanın materialından da asılı olduğu qənaətinə gələnlər az deyil. Məsələn, deyirlər çay “xrustal” stəkanda içiləndə dadı bir başqa, armudu stəkanda içiləndə bir başqa, adi şüşə stəkanda içilirsə, tamam başqa olur. Hətta insanlar var ki, bunu əsas gətirərək stəkanını özü ilə getdiyi məclislərə də aparır.


Avropalıların 1606-cı ildə tanış olduğu çay bitkisi 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək, əkilib. Elə ilk çay zavodu da 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra kütləvi istehsalına start verilən çay əsasən Lənkəran, Astara, Masallı və Zaqatalada yetişdirilməyə başlayıb.

 

Çayı bu qədər sevən xalqın məhsula olan tələbatı nə qədərdir?

 

Modern.az-ın bu qəbildən olan suallarını Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə cavablandırıb.

O deyib ki, Azərbaycanda yaşıl çay yarpağı istehsalı genişləndirilib:

“Bu il ötən ilə nisbətən 60% çox, 1000 tona qədər yaşıl çay yarpağı yığılacağı gözlənilir. Qeyd edim ki, Azərbaycanda çay istehsalı sənayesi daha çox inkişaf edib. Hər il ölkəyə  təqribən 12-13 min ton çay xammalı idxal edilir. İdxal olunmuş məhsul emal edildikdən sonra da 7-8 min tonu ixrac olunur. Qalan 4-5 min ton isə daxili istehlak üçün istifadə olunur.

Dəyər ifadəsində desək, məsələn, 2015-ci ildə 16 milyon dollarlıq çay xammalı  idxal etmişik. Emal edildikdən sonra 19 milyon dollar həcmində çay ixrac edilib. Təbii ki, bu gün Azərbaycanda çay emalı sənayesində daha çox idxal olunmuş çay xammalı üstünlük təşkil edir”.

 

F.Fikrətzadə eyni zamanda bildirib ki, yerli çay istehsalını artırmaq istiqamətində işlər görülür:

 

“Sovetlər dövründə Azərbaycanın 13 min hektar plantasiyası vardı, bu sahələrdən təqribən 20 min ton yaşıl çay yarpağı yığılırdı. Son dövrlər yaşıl çay yarpağı 400- 500 tona qədər aşağı düşmüşdü. Bu il yenidən artırılacağı və 1000 tona çatacağı gözlənilir.

Son 5 il ərzində emal müəssisələrinin birbaşa iştirakı və ya dəstəyi ilə çay plantasiyalarının sahəsi təqribən 67 faiz genişləndirilərək 1000 hektara çatdırılıb. Yaxın illərdə çay plantasiyaları minimum 2 dəfə artırılacaq.

 

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan istehsalı olan xammal əsasında tədarük edilən çay həm daxili, həm də xarici bazara daha çox premium məhsul kimi çıxarılır. Buna görə də təbii Azərbaycan çayının istehsalçıları olan şirkətlər öz strategiyalarını daha çox bu yanaşma əsasında qururlar. Şübhəsiz ki, az həcmdə təbii keyfiyyətli məhsulu daha çox premium məhsul bazarına təqdim etmək doğru iqtisadi qərardır.

İnsanların zövqü, tələbatı, istehlak vərdişləri müxtəlifdir. Buna görə də biz çay istehsal edən ölkə olaraq öz məhsullarımızla xarici bazarlara çıxırıq, həm də digər içkilərə nəzərən çay istehlakı vərdişləri daha üstün olan cəmiyyət olaraq dünyanın müxtəlif bölgələrində istehsal edilən müxtəlif çeşidli çayları alırıq”.

Hazırda Azərbaycanda fəaliyyət göstərən çay emalı müəssisələrinin ünvanlarını təqdim edirik:

 

Rayon

Emal müəssəsinin adı

Ünvanı

Lənkəran

1 №-li çay fabriki,

İstisu

Lənkəran

3№-li Lənkəran mini çay fabriki

Stamordov qəs.

Lənkəran

“Dostluq”MMC

Lənkəran

Lənkəran

“SUN TEA ÇAY FABRİKİ” MMC

Lənkəran rayonu İstisu ərazisi.  Baş ofis- Bakı şəhəri Bakıxanov qəsəbəsi, Valeriy Əhmədov küçəsi-12N. 

Astara

1№-li Astara çay emalı zavodu,

Kijoba k.

Astara

2 №-li Astara çay emalı zavodu,,

Astara şəh.

Zaqatala

“Zaqatala çay” MMC

Zaqatala r-n Azərbaycan prospekti 89

 

 

Gülşən RAUFQIZI

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?