Modern.az

Deputat psixoloqları insanları soymaqda ittiham etdi

Deputat psixoloqları insanları soymaqda ittiham etdi

26 Oktyabr 2016, 14:04

“Psixoloji mərkəz adı altında yerlər açılıb ki, onlar insanları soymaqla məşğuldur”.

 

Modern.az-ın xəbərinə görə, bunu xanım deputat Kamilə Əliyeva “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, həmin yerlərdə işləyənlərin çoxu müəyyən sertifikat almaqa insanların, xüsusilə də uşaqların gələcək taleyi ilə məşğul olurlar: “Bu da qanunazidd hərəkətlərdir. Bu cür “psixoloqlar” var. Bu əgər psixoloji mərkəzdirsə psixoloji yardım göstərməlidir. Həmin yer mülaicə məsələlərinə aid olmalı deyil. Bəziləri autizm, daun sindromu və s. bu kimi iris xəstəlikləri müalicə olunur sözü altında fəaliyyət göstərir. Buna görə əlbəttdəki onların rəhbərləri məsuliyyət daşımalıdır. Bunlar soyğunuçuluqla məşğuldur. Bununla bağlı valideynlər bizə şikayət edirlər”.

 

 Kamilə Əliyeva müəllimlərin işə qəbul zamanı psixoloji testdən keçirilməsini təklif edib: “Müəllimlərin özləri də psixoloji testlərdən keçməlidir. Mətbuatda rast gəlirik ki, şagird ilə müəllim arasında xoşagəlməz hallar olur. Bir neçə dəfə olub ki, şagirdlər döyülüb. Bu baxımdan müəllimlərin işə qəbul zamanı psixoloji testdən keçirilməsi yaxşı olardı”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı