Modern.az

Prezidentin “Ermənistan sülh istəmir” DEMƏSİ: “Azərbaycan sarsıdıcı zərbə vuracaq”

Prezidentin “Ermənistan sülh istəmir” DEMƏSİ: “Azərbaycan sarsıdıcı zərbə vuracaq”

Qarabağ

26 Oktyabr 2016, 14:05

 

Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdi ki,  BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatlar da oxşar sənədlər qəbul ediblər. “Lakin təəssüf ki, münaqişə həll olunmur. Çünki Ermənistan sülh istəmir, status-kvonu dəyişməz olaraq saxlamaq istəyir”?-deyə prezident bildirib.

Deməli, Ermənistan sülh istəmirsə, müharibəyə üstünlük verir.

Mövzu barədə Modern.az- a politoloq Qabil Hüseynli açıqlama verib.

 

Ekspert bildirib ki, Azərbaycan torpaqların geri qaytarılmasını və ərazi bütövlüyümüzün təmin olunmasını istəyir.

“Bu məsələnin sülh yolu ilə həll olunması həm Azərbaycan həm də Ermənistan üçün çox faydalı ola bilərdi. Bütün dünya da həmçinin beynəlxalq təşkilatlar da məsələnin bu cür sülh yolu ilə həll edilməsini istəyir”.

 

Qabil Hüseynlinin sözlərinə görə, Ermənistan açıq surətdə bəyan edib ki, nəinki Dağlıq Qarabağdan hətta onun ətrafındakı 7 rayondan da bir qarış torpaq qaytarmayacaq.

 

“Bunu hətta bu yaxınlarda Yerevana səfər edən ATƏT-in Minsk qrupunun həmsədrlərinə də deyiblər. Amma təəssüflər olsun ki, Minsk qrupunun həmsədrləri bu ifadələrə görə beynəlxalq təşkilatlar qarşısında  Ermənistanın danışıqlarda destruktiv pozucu rolunu ifadə edən arayış və ya təqdimat verməyiblər”.

Politoloq danışıqlar prosesini pozan tərəfin Ermənistan olduğunu da qeyd edib.

 

“Ermənistan rəhbərliyi özünün qəyyumlarına arxalanaraq  bizi müharibə ilə təhdid edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələri ilə bizi təhdid edir. Elə hesab edirlər ki, bunlarla Azərbaycanı qorxudub, öz ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirəcək. Amma bu heç vaxt belə olmayacaq.  Azərbaycan yenə 2-5 aprel döyüşlərində olduğu kimi ordusunun qüdrətini göstərəcək. Bu dəfə isə Ermənistana sarsıdıcı zərbə vuracaq”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər