Modern.az

Bakıdakı yəhudi məktəbində oxuyan şagirdlərin sayı AÇIQLANDI

Bakıdakı yəhudi məktəbində oxuyan şagirdlərin sayı AÇIQLANDI

Aktual

26 Oktyabr 2016, 14:22

Azərbaycanda qeyri-millətlərdən olanlar üçün bir sıra təhsil ocaqları fəaliyyət göstərir. Belə təhsil müəssisələrindən biri də Bakıda yerləşir.

Paytaxtın Xətai rayonunda yəhudilərin ayrıca orta məktəbi fəaliyyət göstərir.

Orta məktəbdən Modern.az saytına verilən məlumata görə,burada təhsil alan şagirdlərin sayı heç də  az deyil.

“Xabad Or-Avner” adlı yəhudi  orta məktəbində 106 uşaq təhsil alır. Müəllimlərin sayı isə 31 nəfərdir. Amma, bu 31 müəllimin hamısı əslən yəhudi deyil. Yalnız 9 müəllim əslən yəhudidir. Həmçinin, yəhudi şagirdlərə Azərbaycan dili fənni də  tədris olunur.

Xatırladaq ki, “Xabad Or-Avner” orta məktəbi 2010-cu ildə Xətai rayonundakı Əbilov yaşayış massivində yəhudi uşaqlar üçün nəzərdə tutulub.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür