Modern.az

Ermənistanda polis rəisi kriminalisti döyüb

Ermənistanda polis rəisi kriminalisti döyüb

Aktual

26 Oktyabr 2016, 14:54

Ermənistanın Ararat vilayətinin polis rəisi Arsen Abramyan sürücüsü ilə vilayət idarəsinin cinayət axtarış kriminalisti Esai Eloyanı döyüb. Modern.az Ermənistan mediasına istinadə xəbər verir ki, onu əvvəlcə sürücü Edqar kriminalistin öz otağında döyməyə başlayıb.

Sonradan Edqara cinayət axtarışın Arsen adlı əməkdaşı da qoşulub.

Səs-küyə gələn Arsen Abramyan leytenant Eloyanı döyməyi davam etdirib.

Eloyanın döyülməsinə səbəb Arsen Abramyanın hansısa avtomobilinin dövlət nömrə nişanını gətirməməsi olub. Eloyan əmri dərhal yerinə yetirməyib. Polis rəisinin maşını hədiyyə kimi aldığı bildirilir.

 Ararat vilayətinin polis rəisi Arsen abramyan keçmiş baş nazir Ovik Abramyanın əmisi oğludur.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!