Modern.az

Türk Ordusu "Fərat qalxanı" əməliyyatlarını davam etdirəcək

Türk Ordusu "Fərat qalxanı" əməliyyatlarını davam etdirəcək

Aktual

26 Oktyabr 2016, 15:00

Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl-Bab şəhərinin İŞİD terror təşkilatından azad olunmasınadək "Fərat qalxanı" çərçivəsində hərbi əməliyyatları davam etdirəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

Onun sözlərinə görə, Türkiyənin məqsədi regionun İŞİD terrorçularından təmizlənməsidir: "Bu region qaçqınların öz evlərinə qayıtması üçün təhlükəsiz olmalıdır".

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır