Modern.az

"Neftçi"yə yeni icraçı direktor gətirildi

"Neftçi"yə yeni icraçı direktor gətirildi

Aktual

26 Oktyabr 2016, 15:27

"Neftçi” PFK inzibati heyət və kadr siyasətinin optimallaşdırılması ilə bağlı qərar qəbul edib.

Modern.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

Qərara görə, Orxan Hüseynzadə icraçı direktor vəzifəsinə təyin olunub. O.Hüseynzadə həmçinin idman direktoru vəzifəsini də yerinə yetirəcək. İcraçı direktorun maliyyə məsələləri üzrə müavini vəzifəsinə isə Elnur Eyvazov təyin edilib.

Xatırladaq ki, bu il sentyabrın 14-də klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov, idman direktoru vəzifəsinə isə Orxan Hüseynzadə təyin olunmuşdu. Həmin vaxt bildirilmişdi ki, klub strukturunun dəyişdirilməsi istiqamətində aparılan işlər davam etdiriləcək.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı