Modern.az

“Əli Həsənovun Türkiyədə müzakirələr aparması üçün çox mühüm məsələlər var”

“Əli Həsənovun Türkiyədə müzakirələr aparması üçün çox mühüm məsələlər var”

Aktual

26 Oktyabr 2016, 16:13

Ölkə başçısı İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir.

Milli Məclisin deputatı Zahid Oruc Modern.az-a açıqlamasında prezident köməkçisinin Türkiyə səfərini şərh edib.

“Əli Həsənovun Türkiyə səfəri ölkə başçısının tapşırığı ilə gerçəkləşib. Bu səfər Azərbaycan dövləti ilə Türkiyə arasında uzun illər davam edən strateji dostluğun, qardaşlığın təzahürüdür. Bir sıra məsələlər var ki, bir az da məxfi xarakter daşıya bilər. Əli Həsənov regionda baş verən prosesləri yaxşı bilir. Fətullah Gülən məsələsi ilə bağlı Türkiyənin yaşantıları, onun Azərbaycanla bağlı tərəfləri bu dövr ərzində, iki ölkənin siyasi elitası və hökumət təmsilçiləri arasında geniş müzakirə predmeti olub. Bir müddət öncə, prezidentin tapşırığı ilə daxili işlər naziri Ramin Usubov  da Türkiyədə səfərdə olub. Səfər çərçivəsində mühüm danışıqlar aparılıb. Bu o deməkdir ki,  müzakirə üçün çox mühüm məsələlər var. Bunlar cəmiyyətə və mediaya çıxmaya bilər. Amma bunların ətrafında hər iki ölkənin rəhbərliyi mövqelərini uzlaşdırır. Bu, çox yaxşı haldır”.

Z.Oruc Ə.Həsənovun Türkiyə səfərinə müxtəlif cür don geyindərməyin əleyhinə olduğunu da deyib.

“Düşünmürəm ki, məsələ bu cür qoyulmalıdır. “Hansısa dosyelər mövcuddur”, “qovluqlar müzakirə olunub”, “Türliyə şifrəli məktublarmı təqdim edir?”, Azərbaycanın təhlükəsizlik maraqları ilə bağlı hansı təkliflər var?!”. Müxtəlif məsələlər üçün çoxşaxəli çıxarışlar edə bilərik ki, burada əsas məqam hansı problem üzərində dayanıb.

Əli Həsənovun görüş keçirdiyi şəxslərin əhatəsi onu göstərir ki, burada bir neçə mühüm məsələlər var. Əli Həsənovun prezidentin köməkçisi kimi Türkiyə səfərinin əhəmiyyətini qarşıdakı günlərdə hiss edəcəyik”.

 

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür