Modern.az

Daha bir ölkə Azərbaycanda səfirlik açacaq

Daha bir ölkə Azərbaycanda səfirlik açacaq

Aktual

26 Oktyabr 2016, 17:48

Vyetnam hökuməti ikitərəfli əməkdaşlığın inkişafına əlavə təkan vermək məqsədilə Azərbaycanda səfirlik açmaq məsələsinə baxır. Bu barədə Trend diplomatik mənbə məlumat verib.

 

Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda həllini tapacaq.

Hazırda ikitərəfli münasibətlər Azərbaycanda da akkreditasiyadan keçmiş Vyetnamın Rusiyadakı səfirliyi tərəfindən əlaqələndirilir.

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki dövlət arasında əmtəə dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-avqust ayları ərzində 65.394 milyon dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycanın Vyetnamdakı səfirliyi 2013-cü ildə açılıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır