Modern.az

Polisin nəqliyyatdan istifadə etdiyi imtiyaz niyə hərbçilərə də verilmir?

Polisin nəqliyyatdan istifadə etdiyi imtiyaz niyə hərbçilərə də verilmir?

26 Oktyabr 2016, 18:22

Azərbaycanda “Polis haqqında” qanuna əsasən, polis əməkdaşları ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Bir neçə il əvvələ qədər belə imtiyazlardan digər güzəştli kateqoriyalardan olanlar da istifadə edirdilər. Ancaq bu imtiyazlar zamanla ləğv olundu. Hal-hazırda imtiyazlardan istifadə edən təbəqə yalnız qanun keşiyində duran polislərdir.

Maraqlıdır, nəyə görə polislərin istifadə etdiyi imtiyazdan Silahlı Qüvvələrdə qulluq edən hərbçilər də istifadə edə bilmirlər?

 

Məsələ ilə bağlı Modern.az-adanışanhüquqşünas Əliməmməd Nuriyev bildirib ki, nəqliyyatda sərnişindaşımanı özəl sektor idarə edir. Bu baxımdan da imtiyazların geniş bir təbəqəyə verilməsi özəl sektorun inkişafına mane ola bilər.

“İctimai nəqliyyatın müəyyən xərcləri var, ona görə də imtiyazların əhatə dairəsinin genişləndirilməsi ümumilikdə bazar iqtisadiyyatının prinsiplərinə zidd olan məsələdir. Nəyə görə imtiyazlar polisə verilir? Çünki polis çox operativ fəaliyyət göstərir, eni zamanda ictimai qaydanın qorunması ilə məşğuldur. Daxili təhlükəsizliklə olan bütün səlahiyyətlər polisə aid olan məsələlərdir. Bütün bunlara görə, polisə imtiyazların verilməsi normaldır. 13 il bundan əvvələ qədər deputatların da  ictimai nəqliyyatdan pulsuz istifadə imtiyazı var idi. Ancaq sonradan bu imtiyaz ləğv olundu. Çünki bazar iqtisadiyyatı dövründə belə imtiyazların verilməsi məqbul deyil”.

 

Hüquqşünasın sözlərinə görə, Azərbaycan Ordusunun qulluqçuları mühüm bir funksiyanı yerinə yetirir, vətənin müdafiəsi ilə məşğuldurlar. Əlbəttə ki, bu dəyərləndirilməlidir.

“Amma məsələyə obyektiv yanaşaq. Əgər ordumuzun nümayəndələrinə bu imtiyazlar verilərsə, onda gərək məcburi köçkünlərə, əlillərə, şəhid ailələrinə və digər maddi vəziyyəti aşağı olanlara da şamil olunsun. Bu isə indiki dövrdə çox çətindir. Mən arzu edərdim ki, ordumuzun nümayəndələrinə bu imtiyaz verilsin. Ancaq Silahlı Qüvvələrimizin nümayəndələri onsuz da ictimai nəqliyyatdan az istifadə edirlər. Onlar daha çox Silahlı Qüvvələrə aid olan nəqliyyat vasitələrindən istifadə edirlər. İmtiyaz məsələsini düşünmək olar, amma bu, sadəcə daha yeni təbəqələrin tələblərinin ortaya çıxmasına səbəb ola bilər. Bu baxımdan ölkənin bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaşamasını nəzərə almaq lazımdır”.  

 

Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi