Modern.az

Siyasətçi “Azadlıq” radiosunun jurnalistini təhqir etdi

Siyasətçi “Azadlıq” radiosunun jurnalistini təhqir etdi

26 Oktyabr 2016, 19:10

“Çiçəklənən Ermənistan” partiyasının keçmiş sədri Qaqik Tsarukyan bu gün ona sual verən “Azadlıq” radiosunun jurnalistini təhqir edib.

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, Tsarukyan ona ünvalanan sualdan sonra qəzəblənib.

“Əgər Qaqik Tsarukyan 2 min mağaza tikib insanlara pulsuz paylaya bilsəydi, onlar da sakitcə nəfəs ala bilərdilər”, - keçmiş partiya rəhbəri bunu deyəndə “Azadlıq”ın müxbiri bəyan edib ki, bu mağazaları adamlar özləri tikiblər.

“Sən – mutilovşik... Əgər sənin qohumunun ehtiyacı yaranarsa, ona hətta elektrik enerjisi borcunu ödəməyə də pul verməzsən. Bu, sənin sifətində yazılıb...”, - Tsarukyan bunu bəyan edərək jurnalistin sualına cavab verməkdən imtina edib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi