Modern.az

İŞİD üzvləri saqqallarını qırxırlar

İŞİD üzvləri saqqallarını qırxırlar

Aktual

26 Oktyabr 2016, 21:15

İŞİD terror qruplaşmasının Mosuldakı üzvləri dinc əhalidən seçilməmək üçün saqqallarını qırxırlar. Modern.az saytı xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə şəhər sakinləri danışıblar.

Onların sözlərinə görə, silahlılar snayperlərin hədəfinə çevrilməmək və şəhəri asan tərk etmək üçün xarici görünüşlərini tamamilə dəyişiblər: "İŞİD-çilər saqqallarını qırxıblar, paltarlarını dəyişiblər".

 

Qeyd edək ki, oktyabrın 17-dən etibarən İraqın baş naziri Heydər əl-Abadi Mosulun terrorçulardan təmizlənməsi üçün hərbi əməliyyatlara başlandığını elan edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır