Modern.az

Əfqanıstanda 36 dinc sakini qətlə yetirilib

Əfqanıstanda 36 dinc sakini qətlə yetirilib

26 Oktyabr 2016, 21:43

Əfqanıstanın Qor əyalətində naməlum silahlılar 36 dinc sakini qətlə yetirib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə “Sinxua” agentliyinə əyalətin qubernatoru Məhəməməd Nəsir Həzah bildirib.

 

Onun sözlərinə görə, silahlılar təhlükəsizlik qüvvələri ilə toqquşmadan sonra geri çəkilərək 36 dinc sakini girov götürüb, sonra isə güllələyib. Hücumun İŞİD-ə yaxın qruplaşma tərəfindən törədildiyi ehtimal edilir.

 

BMT-nin məlumatına əsasən, bu ilin yanvar ayından oktyabradək Əfqanıstanda müxtəlif silahlı insidentlər zamanı 2 560 mülki şəxs öldürülüb, 5830-u yaralanıb

 

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi