Modern.az

Demokratlar partiyasının namizədi geri çəkildi

Demokratlar partiyasının namizədi geri çəkildi

26 Oktyabr 2016, 22:36

Moldova prezidentliyinə hakim Demokratlar partiyasının lideri kimi namizəd olan Marian Lupu seçki yarışından geri çəkilkəm qərarına gəlib. Modern.az xarici mediaya istinadən bildirir ki, o, bunun səbəbini Avropa meylli qüvvələrin seçkiyə vahid namizədlə getməsinin vacibliyi ilə izah edib.

 

“Demokratlar partiyası ölkədə yaranmış vəziyyəti, bizim partiyanın , eyni zamanda “Həmrəylik və fəaliyyət” partiyasının namizədinin şanslarını analiz edrək belə qərara gəlib ki, seçkini prezidentliyə Avropa meylli namizəd udmalıdır. Ona görə mən bundan sonrakı mübarizədən həmin namizədin xeyrinə imtina edirəm”, - o, söyləyib.

 

Moldovada prezident seçkiləri oktyabrın 30-da keçiriləcək. Prezidentlik uğrunda yarışda indiki anda lider İqor Dodon və keçmiş təhsil naziri Mayya Sandu hesab olunurdular. Lupunun şansı onlardan az dəyərləndirilirdi.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir