Modern.az

İŞİD terrorçuları 232 dinc sakini edam edib

İŞİD terrorçuları 232 dinc sakini edam edib

Dünya

26 Oktyabr 2016, 22:59

İŞİD terror təşkilatının silahlıları İraqın Mosul şəhəri yaxınlığında yerləşən iki yaşayış məntəqəsində 232 dinc sakini edam edib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bunu İraq parlamentinin deputatı Əbdül Rəhim əş-Şəmri bəyan edib.

 

“Terrorçuların Naynava əyalətində vəhşiliklər törətməkdə davam edirlər. Mosul yaxınlığında yerləşən iki kənddə İŞİD-çilər 232 dinc sakini edam ediblər”, deyə deputat bildirib.

 

Qeyd edək ki, oktyabrın 17-də İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?