Modern.az

Xankəndi ilə bağlı film nümayiş olunub

Xankəndi ilə bağlı film nümayiş olunub

26 Oktyabr 2016, 23:13

“Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi Xankəndi şəhərinin şəhid ailələri və məcburi köçkünlərinin yaşam mücadiləsindən bəhs edən sənədli film təqdim edib.

Milli Məclisin deputatı Flora Qasımova Modern.az-a açıqlamasında filmlə bağlı təəssüratlarını bölüşüb.

“Bu gün “Yaşam mücadiləsi” filmi nümayiş olundu.  20-25 dəqiqəlik filmdə xankəndlilərlə bağlı məsələlər işıqlandırılmışdı. Filmdə şəhid ailələrinin yaşam tərzi, dövlətin köçkünlərə diqqət və qayğısından bəhs olunurdu. Qısa olsa da təsirli film idi. Filmdən sonra iştirakçılarla birgə geniş müzakirələr apardıq. Hər birimiz inanırıq ki, yaxın zamanlarda torpaqlarımız işğaldan azad ediləcək və bayrağımız Qarabağda, Şuşada, Xankəndində dalğalanacaq”

Qeyd edək ki, "Yaşam Mücadiləsi" sənədli filminin məsləhətçisi millət vəkili Flora Qasımova, ssenari müəllifi və rejissoru Etibar Məmmədovdur.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir