Modern.az

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

26 Oktyabr 2016, 23:39

Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Azər Xudayar oğlu Xudiyev etimadnaməsini prezident Pyotr Poroşenkoya təqdim edib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə Ukraynanın Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində hər iki ölkənin suverenlik və ərazi bütövlüyünün dəstəklənməsinə dair mövqeyinin dəyişməz qaldığını bildiriblər.

Tərəflər, həmçinin 2016-c ildə baş tutan Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası və Ukrayna-Azərbaycan iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyasının 11-ci iclası çərçivəsində əldə olunan razılaşmaların yerinə yetirilməsinin vacib olduğunu qeyd ediblər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?