Modern.az

PAŞA Bank “Azərbaycanın ən yaxşı bankı 2016” mükafatı ilə təltif olunub

PAŞA Bank “Azərbaycanın ən yaxşı bankı 2016” mükafatı ilə təltif olunub

26 Oktyabr 2016, 23:53

Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının İdarəedicilər Şurasının Vaşinqtonda illik iclası zamanı Global Finance işgüzar nəşrinin təsis etdiyi beynəlxalq “World’s Best Banks” mükafatı laureatlarının təntənəli mükafatlandırma mərasimi keçirilib. Wells Fargo, Akbank, Raiffeisen Bank və s. bu kimi beynəlxalq maliyyə institutları ilə yanaşı, əsas əməliyyat ölkəsində ən yaxşı bank adına Azərbaycanın ən iri banklarında biri –  PAŞA Bank layiq görülüb.

 

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu nüfuzlu mükafata layiq görülmək beynəlxalq ekspertlər tərəfindən Bankın nailiyyətlərinin növbəti təsdiqidir.

 

T.Kazımov çıxışını bu sözlərlə yekunlaşdırıb: “Fəaliyyəti dövründə PAŞA Bank ən yaxşı dünya təcrübələrinə əsaslanmışdır və bu hələ də davam edir. Nəticədə isə Bank hal-hazırda Azərbaycan, Gürcüstan və Türkiyədə öz müştərilərinə ən yüksək səviyyədə geniş xidmətlər spektrini təqdim edir. Bazar şəraitinin dəyişməsinə baxmayaraq, 2016-cı ildə biz həm kredit portfelinin keyfiyyətini yüksək səviyyədə təmin edir, həm də biznesin həcmlərini artırırıq. Bütün bunlar maliyyə institutu kimi həm yerli, həm də beynəlxalq səviyyədə bizə olan etimadın artmasından xəbər verir. Bununla əlaqədar olaraq, müştərilərimizi bu uğur münasibətilə təbrik etmək və Bankın əməkdaşlarına gündəlik fəaliyyətlərində yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə minnətdarlığımı bildirmək istəyirəm”.

 

Qeyd edək ki, Global Finance jurnalı 1987-ci ildən dərc olunur və 180 ölkədə yayılır. Jurnalın redaksiyası dünyada baş verən ən mühüm maliyyə hadisələrini təhlil edir, habelə Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. bu kimi regionlarda bank tədqiqatları aparır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir