Modern.az

Azərbaycandan Rusiyaya aparılan 16,6 ton süd məhsulu saxlanılıb

Azərbaycandan Rusiyaya aparılan 16,6 ton süd məhsulu saxlanılıb

Aktual

27 Oktyabr 2016, 00:55

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (Rosselxoznadzor) Moskva şəhəri, həmçinin Moskva və Tula vilayətləri üzrə idarələri Azərbaycandan paytaxt regionuna daxil olan 16,6 ton süd məhsulunun rəsmiləşdirilməsini dayandırıb.

Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hazır süd məhsullarından ibarət yük (Pendir, kəsmik, xama, kərə yağı, qatıq, ayran) müvafiq sənədləri olmadığı üçün saxlanılıb və saxlanma kamerasına yerləşdirilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır