Modern.az

Kolumbiyada torpaq sürüşməsi 7 can aldı

Kolumbiyada torpaq sürüşməsi 7 can aldı

27 Oktyabr 2016, 01:16

Kolumbiyada torpaq sürüşməsi faciəyə səbəb olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə Kolumbiyanın Boqota-Medelyin yolunda yerləşən Kopakabana bələdiyyəsində qeydə alınıb. Hadisə nəticəsində 7 nəfər ölüb, 10 nəfər itkin düşüb.

İlkin məlumata görə, torpaq sürüşməsinə aramsız yağan yağışlar səbəb olub. Hadisə yerinə 100-dək xilasedici cəlb edilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi