Modern.az

"...Telefonlarının üz qabığına Məhəmməd Əmin Rəsulzadənin şəklini qoyurlar"

"...Telefonlarının üz qabığına Məhəmməd Əmin Rəsulzadənin şəklini qoyurlar"

27 Oktyabr 2016, 20:10

“Həm yaradıcılığım, həm də pedaqoji fəaliyyətim uğurla davam edir. Noyabr ayında yaradıcılığımla bağlı yenilik olacaq. Daha doğrusu, gələn ay sərgim təşkil olunacaq”.

Bunu Modern.az-a açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri, eyni zamanda, tanınmış rəssam  Rais Rəsulzadə deyib.

 

Rais Rəsulzadə, çəkdiyi rəsm əsərlərinin mövzusundan da söz açıb.

 

“Çəkdiyim rəsm əsərlərinin mövzusu fərqli olur. Tarixi rəsm əsərləri də çəkirəm. Amma rəsm əsərlərimin mərkəzində daha çox Azərbaycan təbiətini tərənnüm edən mənzərələr dayanır”.

Pedaqoji fəaliyyəti barədə danışan Rais Rəsulzadə gənclərin çalışqanlığına da diqqət çəkib.

 

“Bakı Pedaqoji Universitetində bədii qrafika fakültəsində artıq neçə illərdir çalışıram. Tələbələrlə mütəmadi olaraq ünsiyyətdə olduğumdan hiss edirəm ki, indiki gənclər çalışqandırlar. Bir də görürsüz ki, babamla bağlı çoxlu suallar verirlər. Məhəmməd Əmin Rəsulzadə ilə maraqlanırlar. Telefonlarının üz qabığına babamın şəklini qoyurlar. Onlar da bu cür babamı yaşadırlar.

 

Rəsulzadənin nəvəsi olduğum üçün daha çox hörmət edirlər. Sözlə fikirlərini ifadə etməsələr də, baxışları, davranışları ilə diqqət göstərirlər”.

 

Rais Rəsulzadə Azərbaycan Respublikasının əməkdar rəssamı, Rəssamlar İttifaqının üzvüdür.

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir