Modern.az

 “Report”un 2 yaşı tamam oldu

 “Report”un 2 yaşı tamam oldu

27 Oktyabr 2016, 11:32

Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 2 il ötür.

Modern.az-ın məlumatına görə, “Report” İA ötən iki il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Bununla yanaşı, “Report” İA-nın əsas veb-resursu olan www.report.az saytı ötən dövr ərzində özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi təsdiqləyib. Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən yüzlərlə informasiya resursu, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları yayımlayıb. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər nüfuzlu beynəlxalq KİV-lərin də diqqət mərkəzində olub.

Ötən 2 illik dövr ərzində ölkədə baş verən ən mühüm hadisələr agentliyin saytında geniş şəkildə işıqlandırılıb. Bu sırada tarixə “Aprel döyüşləri” kimi düşən, Azərbaycan hərbçilərinin qələbəsi ilə başa çatan “dördgünlük müharibə”ni, bu il iyunun 17-19-da Bakıda ilk dəfə keçirilən Formula 1 üzrə Avropa Qran Prisini, Fransada keçirilən futbol üzrə Avropa çempionatını, “Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunlarını, sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsini (referendum) və digər önəmli ictimai-siyasi və idman hadisələrini göstərmək olar.

Referendum ərəfəsi, referendum günü və sonrası “Report” 300-dək xəbər dərc edib (Təkcə sentyabrın 1-dən 30-dək 154 xəbər istehsal olunub.)

Bakıda ilk dəfə keçirilən Formula 1 üzrə Avropa Qran Prisi zamanı 300-dən çox, “Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunlarında isə 416 xəbər dərc edilib.

“Report” İnformasiya Agentliyi gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.

“Report” İA sutka ərzində Azərbaycan dilində orta hesabla 180-190, rus dilində 110-120, ingilis dilində 50-60 xəbər istehsal edir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər