Modern.az

Fuad Poladovdan istefası barədə AÇIQLAMA gəldi: “Müəyyən qaydalara riayət etmək lazımdır”

Fuad Poladovdan istefası barədə AÇIQLAMA gəldi: “Müəyyən qaydalara riayət etmək lazımdır”

Mədəni̇yyət

27 Oktyabr 2016, 11:45

Xalq artisti Fuad Poladov Akademik Dövlət Dram Teatrından getmək üçün istefa ərizəsi yazıb. Görkəmli aktyor bu addımı gənc həmkarı Hikmət Rəhimovun işdən çıxarılmasına etiraz əlaməti olaraq  atıb.

Məsələ ilə bağlı "Azdrama”dan çıxarılan aktyor Hikmət Rəhimov öz Facebook səhifəsində bunları bildirib: 

"Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə ordakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını bildirən Fuad Poladov. İnanın səmimiliyimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub, ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi - heç kim. Hər şeyə görə çox sağ olun”.

 

Akademik Milli Dram Teatrından isə bildiriblər ki, sabah- oktyabrın 28-də Fuad Poladovun iştirakı ilə "Müsyo İbrahim və Quran çiçəyi” tamaşası nümayiş olunacaq.

Məsələ ilə bağlı Modern.az-a danışan görkəmli aktyor Fuad Poladov saytımıza deyib ki, hətta onun istefasından sonra da aktyor Hikmət Rəhimovla teatr arasında olan problem həll olunmayıb:

 

“Hər ay üçün repertuar müəyyən olunur. Repertuara görə, sabah “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında iştirak edəcəyəm”.

Xalq artisti “repertuar müəyyən olunduğundan oynamağa məcbursunuzmu” sualına cavabında : “Yox” deyə bildirib.

Ardınca da əlavə edib: “Sadəcə müəyyən qaydalara riayət etmək lazımdır”. 

F.Poladov “Müsyo İbrahim və Quran çiçəyi” Akademik Milli Dram Teatrında oynayacağınız sonuncu tamaşamı olacaq” sualına, gülümsəyərək, cavab vermək istəmədiyini deyib.


Gülşən RAUFQIZI

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir