Modern.az

“Report” nəyə nail olub? - FOTOLAR

“Report” nəyə nail olub? - FOTOLAR

Media

27 Oktyabr 2016, 12:55

İki il ərzində “Report” nəyə nail olub? İlk növbədə etibarlı xəbər mənbəyi kimi özünü təsdiq edib. Bu gün dərc edilən bir məlumat dərhal yüzlərlə digər xəbər resursları tərəfindən istinadla verilir, radiolarda səsləndirilir, televiziyalar istinadla verməsələr də həmin mövzunu işləyirlər.

Digər tərəfdən oxucular üçün maraqlı resurs olmağa nail olmuşuq – “Report”un mobil tətbiqini ən müxtəlif sahələrdə çalışan şəxslərin telefonunda görmüşəm. Artıq ölkənin bütün regionlarında baş verən hadisələri əhatə edə bilmişik və yəqin bu səbəbdəndir ki, regionlara gedən zaman çoxlarının “Report”u tanıdıqlarının şahidi oluruq. Bundan başqa, ötən 2 il ərzində Azərbaycanda keçirilən bütün mühüm tədbirləri maksimum güc sərf edərək işıqlandırmışıq. Çünki məhz böyük hadisələrin işıqlandırılması zamanı nəyə qadir olduğun üzə çıxır. Misal üçün, Bakı-2015 Birinci Avropa Oyunları zamanı 1 ay boyunca bütün komandamız istirahətsiz işlədi, siyasət, sosial, iqtisadiyyat şöbəsinin əməkdaşları 1 aylıq idman jurnalisti kimi bütün yarış meydanlarından reportajlar verdi. Və adamı ruhlandıran da odur ki, bu işlərin bəhrəsini görürük. Gənclər və İdman Nazirliyi “Report”u 2015-ci ilin idman xəbərlərini ən yaxşı işıqlandıran informasiya agentliyi seçib, müxtəlif dövlət qurumları, ictimai təşkilatlar həm agentliyi, həm onun işçilərini fərdi qaydada mükafatlandırıblar.

 

Bu gün onlarla biznes strukturu “Report.az”-ın xəbərlərinə abunədir, gündəlik bülletenlərimizi alır. Əvvəllər bütün xəbərlərimizi açıq formada yayımlayırdıqsa, indi sırf maliyyə, korporativ biznes sahəsinə aid olan özəl xəbərlərə yalnız abunəçilərimizin oxumasına şərait yaradırıq. Və hər gün olunan müraciətlər həmin bülletenlərimiz bu sahədə fəaliyyət göstərən strukturlar üçün  nə qədər önəmli olduğunu göstərir.

 

Region

 

Gündəlik xəbər axınından gördüyümüz kimi ölkə mətbuatı daha çox diqqəti Bakıya yönəldir, regionlardan o qədər də çox məlumat verilmirdi. Bu məsələ də qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri idi və 2 ilin tamamında deyə bilərik ki, Azərbaycanın regionlarında baş verən hadisələrin operativ, ətraflı işıqlandırılmasına nail ola bilmişik.  Bu il tarixə “Aprel döyüşləri” kimi düşən, Azərbaycan hərbçilərinin qələbəsi ilə başa çatan “dördgünlük müharibə”ni geniş formadaişıqlandırdıq, Füzuli rayonu istiqamətində yerləşənstrateji əhəmiyyətli "Lələ Təpə" yüksəkliyinin işğaldan azad olunduqdan sonra ilk fotosu “Report”da dərc olundu, sonra məhz o foto yerli və beynəlxalq mətbuat tərəfindən zəfərimizin simvolukimi istifadə olundu. Digər tərəfdən bölgələrdə yaşanan sosial problemlər əsasən televiziya xəbərlərində işıqlandırılırdısa, artıq internet-media auditoriyasına çatdırılmasına çalışırıq.

 

Belə olan təqdirdə hansısa xəbərdə səhflərdə dərhal gözə çarpır...

 

Əlbəttə. Belə templə işləyən zaman ən cüzi səhf də böyük problemlər yarada bilər. Bu da redaktor heyətində istər-istəməz pataloji məsuliyyət hissi yaradır. Anlayırıq ki, bir dəqiq olmayan xəbər səni izləyən oxucularda, etibar edən xəbər saytlarında böyük inamsızlıq yarada bilər. Sonra bu inamı bərpa etmək olduqca çətin olar.

 

Komanda

 

Bugün “Report” agentliyində artıq formalaşmış bir komanda var. Və ən əsası bu komanda medianın baza prinsiplərinə əsaslanaraq öz üslübünü yaradıb. Bir məsələni də qeyd edim ki, “Report” kollektivi əsasən gənclərdən təşkil olunub və bəlkədə Azərbaycan media məkanında ən gənc kollektivdir. Bunun da öz üstünlükləri var – gənclər daha çox enerji ilə çalışır, gün ərzində ölkədə və xaricdə baş verən hadisələri diqqətdə saxlayırlar. Şübhəsiz ki, yeni yaranan bir sayt Adamı sevindirən odur ki, “Report”da hər hansı sahə üzrə işləməyə başlayan və ümumiyyətlə burada mətbuat işinə başlayan əməkdaşlarımız bu gün öz sahəsində aparıcı jurnalistlərdəndir.

 

KİV-də mübarizə

 

Əlbətdə hər sahədə olduğu kimi, mətbuatda da bir yarış ab-havası var. Xüsusən də son illər internet KİV-lərin sayının çoxalması ilə bu yarış daha kəskin xarakter alıb. Amma, əgər idman yarışları ilə müqayisə ediriksə mən bu yarışı boks, güləş kimi mübarizə növləri ilə yox, üzgüçülük, qaçış kimi atletik idman növlərinə bənzədirəm. Bu bir növ özünün öz nəticələrinlə mübarəzənə bənzəyir – öz üzərində daha səylə çalışmalısan, peşəkarlığını artırmalısan, zəif yerlərini gücləndirməlisən. Yalnız bu zaman yarış zamanı öndə ola bilərsən.Yəni, bir mətbuat orqanı olaraq hər hansı həmkarınla mübarizəyə qalxsan, “mətbuat əlbəyaxası” qursan nə inkişaf edə biləcəksən, nə öz missiyanı yerinə yetirə biləcəksən və digər öz işi ilə məşğul olanlar səni arxada qoyacaq. Söhbət informasiya agentliyindən gedirsə, ümumiyyətlə bu bir Formula 1 yarışına bənzəyir –pilotun yaxşı olmasından əlavə gərək ki avtomobilin də bütün hissələri tam saz vəziyyətdə olsun. Yəni, ümumi sistemdə boşluq olmamalıdır, yoxsa hardasa bu özünü göstərəcək və bütün işin axsaması hiss olunacaq. İnformasiya agentliyinin işi bir xəbər konveyerinə bənzəyir, gərək 24 saat ərzində durmadan çalışsın, xəbərləri operativ qaydada yerləşdirsin, bütün günü özəl xəbər axtarışında olsun.

 

Bəzən saytınızda portal tipli xəbərlər də yer alır

 

Bu gün artıq informasiya bazarı o qədər qloballaşıb ki, bir vaxtlar agentliklər üçün mövcud olan o qalın çərçivələr yığışıb. İndi multimedia dövrüdü, xəbərin oxucuya daha asan çatdırılması üçün hər gün yeni üsullar tapılır. Bu şəraitdə durub hər hansı xəbərə “bu portallıqdı”, “bu agentlik üçündür” damğası vurmaqla xəbərçilik etmək mümkün deyil. Xəbər xəbərdi, və bu xəbəri nazirin də dilindən yaza bilərsən, özünün apardığın araşdırma nəticəsində də. Təbii ki, fəaliyyətə başladığı ilk gündən “Report” müəyyən prinsiplər qoyub qarşısına və onlara da əməl edir.Əsas odur ki, zaman göstərir ki, seçdiyimiz yol düzgün olandır.

 

Baş redaktor - Gərgin iş

 

Bəli, İnformasiya Agentliyi maşınını daima yüksək sürətdə saxlamaq çətin işdir. Həftənin 7 günü, sutkanın  18 saatı xəbərin içində olmalısan. Özü barəsində və ya təmsil etdiyi şirkət barədə yazılan xəbərdən narazı olan şəxslər olur, onları günündən, saatından asılı olmayaraq dinləmək lazımdır, bəzən jurnalist işinin nədən ibarət olduğunu anlatmaq lazımdır. Hərdən mediadan başqa sahəyə, misal üçün maliyyə sahəsinə keçən dostlarla söhbət zamanı adamın paxıllığı tutur – nə qədər məsuliyyətli işçi olsanda iş vaxtı saat 6-da bitir, şənbə-bazar iş barədə düşünmədən istirahətinə baxa bilərsən. Amma, mən səhər redaksiyaya gəlib xəbərlərin içərisinə girəndə başa düşürəm ki, bu, iş deyil bir həyat tərzidir. Mətbuatdan kənarlaşıb başqa sahədə işləsən sudan quruya düşən balıq kimi hiss edərsən özünü. Vaxtilə bir neçə ay məndə mətbuatdan ayrıldım, şəxsi biznes layihəmlə məşğul oldum və xəbərdən uzaq düşmənin “oksigen çatışmazlığını” hiss etdim. Mətbuat işinin “şirin bataqlığı”na düşən adam üçün bu sahədən ayrılmaq çox çətindi.

 

TV , portal açmaqla bağlı plan varmı

 

Hələlik belə bir plan yoxdur, hər şey zamanla bağlıdır. Amma onu deyə bilərəm ki, “Report” daima multimedia xəbərlərini diqqətdə saxlayır. İndiki dövrdə Azərbaycanda sürətli internet ən ucqar kəndlərdə də mövcuddur və insanların sosial şəbəkələr, saytlar vasitəsilə informasiyaya çıxış imkanları asanlaşıb. Yəni, artıq hər hansı saytda yerləşdirilən maraqlı videoreportaja baxış sayı televiziyada sujetindən üstün olur.

 

Bu səbəbdən “Report.az” da sosial problemlərlə bağlı videoreportajlara üstünlük verir. Portal açmaq məsələsi də həmçinin – əldə olunan informasiyanın xəbər yükü varsa elə “Report.az”-da da dərc oluna bilər, xəbər baxımından maraqlı deyilsə onu portal yaradıb yayımlamaqda boş vaxt sərfiyyatıdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu