Modern.az

Bakıda üçəm doğuldu - FOTOLAR

Bakıda üçəm doğuldu - FOTOLAR

Hadisə

27 Oktyabr 2016, 16:10

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında üçəm körpələr dünyaya gəlib.

Tədris Cərrahiyyə Klinikasının I mama-ginekologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim ginekoloq Arzu İsmayılova Modern.az-a bildirib ki, ananın vaxtından öncə doğuş təhlükəsi yaranıb:

 “Ancaq müalicə ilə bu təhlükəni aradan qaldırdıq. Bu gün etdiyimiz keysəriyyə əməliyyatı ilə hamiləliyi 36-cı həftədə sonlandırdıq. Doğulan körpələrdən 2-si oğlan, 1-i isə qızdır. Onların tənəffüsləri və qidalanmaları normaldır.”

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır