Modern.az

31 dekabrda Bakı Olimpiya Stadionunda bayram atəşfəşanlığı olacaq

31 dekabrda Bakı Olimpiya Stadionunda bayram atəşfəşanlığı olacaq

Aktual

27 Oktyabr 2016, 17:38

Bakı Olimpiya Stadionunun təşkilatçılığı ilə 31 dekabr tarixində, Yeni il və Dünya Azərbaycanlılar Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək.

 

Stadionun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Konsert proqramında yerli ulduzlar olan Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər. Stadionun əsas meydançasında təşkil olunacaq konsert proqramı Yeni ilə geriyə-sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam olunacaq.

 

Şənliklərlə birgə, əsl bayram əhval-ruhiyyəsi üçün 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya təşkil olunacaq.

 

Gələn həftədən satışa çıxacaq biletlərin qiyməti 9 AZN-dən başlayır. Biletləri iticket.az saytı vasitəsilə və şəhərin kassalarında və ASAN Xidmət mərkəzlərində əldə etmək olar. Konsert proqramının başlanması 20:00 üçün nəzərdə tutulub.

 

Konsertlə bağlı hər-hansı əlavə məlumat Bakı Olimpiya Stadionun saytında və sosial şəbəkələrin rəsmi səhifələrdə əldə etmək olar.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır