Modern.az

Binəqədi qazsız qalıb

Binəqədi qazsız qalıb

Aktual

27 Oktyabr 2016, 21:14

Paytaxtın Binəqədi rayonunun əksər hissəsi qazsız qalıb. Sakinlərin Modern.az saytına verdiyi məlumata görə, rayonun əksər ərazilərində təbii qaz verilişi səhər saatlarından dayandırılıb. “Azəriqaz” istehsalat birliyinin 185 və 104 “Qaynar xətt”lərinə isə edilən zənglərə cavab verilmir.

“Azəriqaz” istehsalat birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalayev AzNews.az-a açıqlamasında isə ərazidə təmir işlərinin aparıldığını deyib: “Qaz xətləri dəyişdirilir. Qazın verilməsi saat 22.00-dan sonra mümkün olacaq”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar