Modern.az

“Münaqişəni tez bir zamanda həll etmək lazımdır” – Səfir

“Münaqişəni tez bir zamanda həll etmək lazımdır” – Səfir

27 Oktyabr 2016, 21:43

"Türkiyə bu günə qədər ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ münaqişənin çözülməsinə atılan bütün addımlara dəstək verib və bundan sonra da dəstək verəcək". Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını hamıdan çox istəyir: “Bu məsələ uzandıqca, Azərbaycana qarşı edilən haqsızlıqlar da uzanmaqda davam edir. Bunun üçün məsələni tez bir zamanda həll etmək lazımdır. Tükiyənin səyləri də bu istiqamətdə olacaq”.

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının mümkünlüyünü qiymətləndirən türkiyəli səfir deyib ki, bunun üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi