Modern.az

Hərbi qulluqçumuz həlak olub

Hərbi qulluqçumuz həlak olub

Aktual

27 Oktyabr 2016, 22:13

Müdafiə Nazirliyi hərbçimizin ölümü ilə bağlə məlumat yayıb.  Modern.az saytı xəbər verir ki,  məlumatına görə, oktyabrın 27-də saat 16.00 radələrində hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində hərbi qulluqçumuz Miriyev Telman Mirbaba oğlu həlak olub.

Hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Allah rəhmət eləsin!

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır