Modern.az

Gənc qız selfi çəkməyin qurbanı olub

Gənc qız selfi çəkməyin qurbanı olub

Aktual

27 Oktyabr 2016, 22:27

Astara rayon sakini, Azərbaycan küçəsi, ev 57 ünvanında yaşayan 18 yaşlı Musazadə Elida İntiqam qızı ehtiyatsızlıq üzündən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib. Modern.az saytı xəbər verir ki, aznews.az-ın məlumatına görə, hadisə bu gün axşam saat 20:30 radələrində, Heydər Əliyev prospektindəki yaşayış binasında baş verib.

Həmin ünvanda yaşayan bacısıgilə qonaq gələn Elida Musazadə balkonda selfi çəkdirərkən ehtiyatsızlıqdan balkondan yıxılıb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub