Modern.az

Şahin Mustafayev Gürcüstana rəsmi səfərə gedib

Şahin Mustafayev Gürcüstana rəsmi səfərə gedib

27 Oktyabr 2016, 23:11

Azərbaycanın Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 27-də Gürcüstana səfərə gəlib. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, Ş.Mustafayev oktyabrın 28-də bu ölkənin prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili və iqtisadiyyat naziri Dmitri Kumsişvili ilə görüşəcək.

Görüşlərdə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunacaq.

Ş.Mustafayev həmçinin Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Azərbaycan xalqının ümummilli liderinin abidəsini və Gürcüstanın “Qəhrəmanlar abidəsi”ni ziyarət edəcək.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir