Modern.az

Millimiz ikinci oyunda da məğlub olub

Millimiz ikinci oyunda da məğlub olub

Aktual

27 Oktyabr 2016, 23:55

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Avstriya millisi ilə qarşılaşıb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, görüşün 3-cü dəqiqəsində Avstriya komandası hesabı açıb.

Erkən qolu Azərbaycan yığmasının qapısından Aldin Aganovic keçirib. Çox keçmədən millimiz oyunda tarazlığı yarada bilib. Qarşılaşmanın 22-ci dəqiqəsində künc zərbəsindən qaldırılan topu Xəqani Sadıqov baş zərbəsilə Avstriya millisinin qapısından keçirib. Birinci hissə 1-1 hesabı ilə başa çatıb.

İkinci hissənin 60 və 74-cü dəqiqələrində Romano Schmid və Nicholas Wunsch hərəyə bir dəfə fərqlənməklə Azərbaycan yığmasının qapısından daha 2 qol keçirib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma Avstriya millisinin 3:1 hesablı qələbəsilə başa çatıb.

 

Bu gün keçirilən digər oyunda İngiltərə millisi meydan sahibi Rumıniyanı 3:0 hesabı ilə məğlub edib.

Hazırda qrup cədvəlinə 6 xalla İngiltərə və Avstriya milliləri başçılıq edir. Rumıniya və Azərbaycan yığmaları isə hələ ki, xal qazana bilməyiblər.

Qrupun sonuncu turunun oyunları oktyabrın 30-da keçiriləcək. Azərbaycan millisi ev sahibi Rumıniya, İngiltərə millisi isə Avstriya ilə qarşılaşacaq.

Qeyd edək ki, oyunlar Buftya şəhərindəki Rumıniya Futbol Federasiyasının Futbol Mərkəzinin stadionunda keçirilir.

Avropa çempionatı, seçmə mərhələ, II tur

20:00. Azərbaycan U-17 - Avstriya U-17 - 1:3

Qollar: Xaqani Sadıqov, 23 - Aldin Aganoviç, 3, Romano Şmid, 60, Nikoas Vunç, 74

Baş hakim: Petur Raynert (Farer adaları)

Baş hakimin köməkçiləri: Endryu Kristiansen (Farer adaları), Daniel Mitruti (Rumıniya)

Dördüncü hakim: Ketelin Qaman (Rumıniya)

UEFA nümayəndəsi: Patrik Felipek (Çexiya)

Hakim-inspektor: Cerard Perri (İrlandiya)

Rumıniya, Buftya. FRF-nin Futbol Mərkəzi

 

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır