Modern.az

9 ayda 390 milyon manat sığorta haqqı toplanıb

9 ayda 390 milyon manat sığorta haqqı toplanıb

28 Oktyabr 2016, 09:43

2016-cı ilin 9 ayı ərzində ölkənin 25 sığortaçısı tərəfindən 390 milyon manat həcmində sığorta haqqı toplanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Modern.az-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 milyon manat və ya 15,1% çoxdur.

Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 167 milyon manat təşkil edib ki, bu da ötən ilə nisbətdə 31% çoxdur.

Könüllü və icbari sığorta növləri üzrə də müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, cari ilin 9 ayı ərzində könüllü sığorta növləri üzrə haqlar 18,7%, ödənişlər isə 32,2% artaraq, müvafiq olaraq 250,8 və 125,4 milyon manat təşkil edib.

 

İcbari sığorta növləri üzrə haqlar 9%, ödənişlər isə 27,7% artaraq müvafiq olaraq 140 və 41,5 milyon manat təşkil edib. Hesabat dövrü ərzində toplanmış sığorta haqlarının 29,7%-i və ya 116 milyon manatı həyat sığortasının payına düşüb. Belə ki, könüllü sığorta növü üzrə həyat sığortası bazarında yığım 42,4%, ödəniş isə 1,9 dəfə artıb.

Həyat sığortasındakı yığımların 52,7% və ya 61 milyon manatı həyatın yaşam sığortasının, 24%-i və ya 27,8 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 23,1%-i və ya 26,9 milyon manatı həyatın ölüm halından sığortasının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həyatın yaşam sığortası 1,2 dəfə, həyatın ölüm halından sığortası 2,7 dəfə artıb.

Könüllü sığorta növü üzrə qeyri-həyat sığortası bazarında yığım 8,9%, ödənişlərin həcmi isə 1% artmışdır. İcbari sığorta növü üzrə bu göstəricilər müvafiq olaraq 10,8% və 26,1% artmışdır. Əmək qabiliyyətinin sığortası, sağalmaz xəstəliklərdən sığorta, dəmiryol nəqliyyatı vasitələrinin sığortası, hava və su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası, həmçinin peşə məsuliyyətinin sığortası növləri üzrə yığımlar olsa da, sığorta hadisəsi baş verməmiş və sığorta ödənişləri edilməyib.

Bu ilin 9 ayı ərzində ümumi ödənişin 75,1% könüllü sığorta növlərinin, 24,9% isə icbari sığorta növlərinin payına düşüb.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,8 manat ödəniş həyata keçirilmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü üzrə 37,6 manat təşkil edib.

Sığorta şirkətləri və sığorta sinifləri üzrə 2016-cı ilin yanvar-sentyabr ayları ərzində hesablanmış sığorta haqları və verilmiş sığorta ödənişləri üzrə ətraflı məlumatlar aşağıdakı cədvəllərdə öz əksini tapıb.

 

2016-cı ilin yanvar-sentyabr ayları üzrə hesablanmış sığorta haqları                                                           və sığorta ödənişləri haqqında
M  Ə  L  U  M  A  T                                                                                                                                                     (təcili məlumatlar əsasında)

   

(manatla)

Sığortaçınınadı

SığortaHaqları

SığortaÖdənişləri

“A-QroupSığortaŞirkəti” AçıqSəhmdarCəmiyyəti

3,110,211.73

6,073,548.89

“AXA MBASK” SığortaŞirkətiAçıqSəhmdarCəmiyyəti

17,276,469.97

6,760,766.66

“Alfa Sığorta” AçıqSəhmdarCəmiyyəti

1,021,137.83

811,624.45

“AtaSığorta” AçıqSəhmdarCəmiyyəti

7,798,279.63

2,536,445.28

“AtəşgahHəyat” SığortaŞirkətiAçıqSəhmdarCəmiyyəti

27,896,805.77

20,430,970.47

“Atəşgah” SığortaŞirkətiAçıqSəhmdarCəmiyyəti

30,246,368.94

11,420,433.46

“AzSığorta” AçıqSəhmdarCəmiyyəti

16,280,443.99

5,741,725.13

AzərbaycanRespublikasıDövlətSığortaKommersiyaŞirkəti

36,614,546.00

12,532,450.00

“AzərbaycanSənayeSığorta” AçıqSəhmdarCəmiyyəti

5,175,819.44

2,352,454.93

“AzərqarantSığorta” AçıqSəhmdarCəmiyyəti

238,040.31

987.79

“BakıSığorta” AçıqSəhmdarCəmiyyəti

794,615.45

560,307.82

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır