Modern.az

İran Avropa İttifaqına icazə vermədi

İran Avropa İttifaqına icazə vermədi

28 Oktyabr 2016, 10:19

İran Avropa İttifaqına (Aİ) Tehranda ofis açmağa icazə verməyəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın insan hüquqları üzrə qərargahının katibi Məhəmməd Cavad Laricani deyib.

 

Bu yaxınlarda Strasburqda Avropa Parlamentinin plenar sessiyasında Aİ-nin İrana münasibətdə strategiyası üzrə məruzənin bəyənilməsini şərh edən M.Laricani bildirib ki, belə ofis "korrupsiya evi" olacaq və İranın məhkəmə hakimiyyəti buna imkan verməyəcək.

 

 

Katib deyib ki, Aİ-nin qətnaməsində bir çox problemlər var. Avropa İttifaqının İrana diktə etmək hüququ yoxdur.

 

Qeyd edək ki, ötən gün İran Xarici İşlər Nazirliyi Aİ-nin rəsmi Tehranla münasibətlərin normallaşdırılması barədə qərarını alqışlamışdı.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı