Modern.az

Cəlilabadın bağlanan yolundan ən son FOTOLAR

Cəlilabadın bağlanan yolundan ən son FOTOLAR

28 Oktyabr 2016, 10:26

Ötən gün intensiv yağışlarla əlaqədar Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində su bəndinin partlaması nəticəsində rayonun Alar qəsəbəsi və həmin ərazidən keçən Ələt-Asatara magistralının bir hissəsi sel suları altında qalıb.

 

Bu haqda Modern.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

 

O qeyd edib ki, qəsəbəni sel sularının basması təhlükəsi yarandığından yolun 127.2-ci km-də hərəkət hissəsinin 5 metr enində və 3 metr dərinlikdə qazılmasına zərurət yaranıb:

“Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin alternativ olaraq istiqaməti dəyişdirilib. Səhər saatlarında sel suları ərazidə azaldığından sonra yolun bərpası istiqamətində işlərə başlanılıb.

 

Yolun qazılmış hissəsində suların ötürülməsi üçün nəzərdə tutulmuş mövcud 3 ədəd su borusundan əlavə yolun altına bərpa zamanı daha 2 ədəd su borusu da yerləşdirilib. Hazırda sözügedən magistralda hərəkət tam bərpa olunub”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi