Modern.az

Xanlar Vəliyevdən Ayaz Mütəllibova İTTİHAM

Xanlar Vəliyevdən Ayaz Mütəllibova İTTİHAM

28 Oktyabr 2016, 10:46

“Azərbaycanda ötən əsrin 80-ci illərinin sonlarından Əbdürrəhman Vəzirovun xəyanətkar, Ayaz Mütəllibovun yarıtmaz fəaliyyətləri nəticəsində ictimai-siyasi vəziyyət olduqca kəskinləşdi.

 

1992-ci ilin mayında xalqın milli azadlıq və suverenlik çağırışlarının qanadında hakimiyyətə yiyələnmiş AXC-Müsavat fraksiyasının bir illik uğursuz  hakimiyyəti dövründə yanlış kadr siyasəti, daxili didişmələrin intensivliyi, idarəetmə təcrübəsinin olmaması, iqtisadiyyatın aparıcı sahələrinə kadrların peşəkarlıq, bacarıq və təcrübə prizmasından deyil, şəxsi münasibətlər müstəvisindən təyin edilməsi, ictimai-siyasi ab-havanın getdikcə daha da çirklənməsinə və nəticədə Ermənistanla müharibədə torpaqlarımızın təcavüzkar tərəfindən qəsb edilməsinə gətirib çıxardı”.

Modern.az-ın xəbərinə görə, bunu hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev “Xalq qəzeti”ndə yazdığı məqaləsində bildirib.

X. Vəliyev yazıb ki, 90-cı illərin əvvəllərində idarəçiliyindəkilər səriştəsiz olublar:

 

“Dövlət idarəçiliyindən anlayışları olmayan bu şəxslərin yarıtmaz və  səriştəsiz fəaliyyətləri nəticəsində 1993-cü ildə ölkə parçalanıb məhv olmaq təhlükəsinə məhkum edildi.

Zaman göstərdi ki, Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi hələ reallıqda müstəqil olmaq demək deyildi”.

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi