Modern.az

Co Baydenin gələcək iş yeri məlum oldu

Co Baydenin gələcək iş yeri məlum oldu

Aktual

28 Oktyabr 2016, 11:27

ABŞ-ın vitse-prezidenti Cozef Bayden Dövlət Departamentinin yeni rəhbəri ola bilər.

 

Modern.az  xəbər verir ki, bu barədə məlumatı “Politiko” qəzeti yayıb. Yazıda artıq Demokratlar Partiyasından prezidentliyə namizəd olan Hillari Klintonun Baydenin adını özünün yaradacağı yeni komandanın tərkibinə daxil etdiyini bildirib.

 

Xatırladaq ki, Bayden hazırda ABŞ-ın  vitse-prezidentidir. O, əvvəllər Klintonun ən böyük əleyhdarı olsa da, sonradan onun təşviqat kampaniyasına qoşulub. Bayden də Klinton kimi Rusiyaya qarşı sərt siyasətin tərəfdarlarından biridir.

 

Məlumat üçün bildirək ki, ABŞ-da prezident seçkisi noyabrın 8-də keçiriləcək.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır