Modern.az

“Aprel şəhidi” haqqında film çəkildi

“Aprel şəhidi” haqqında film çəkildi

28 Oktyabr 2016, 11:44

“Aprel şəhidləri”ndən bəhs edən yeni film çəkilib. Rejissor Kamran Qasımov Modern.az-a açıqlamasında yeni çəkilmiş film haqqında danışıb.

“Film  “aprel döyüşləri” zamanı   şəhid olmuş  mayor, Milli Qəhrəman  Samid İmanov haqqındadır. 15 dəqiqə 18 saniyəlik olan filmin adı “Samidə məktub” adlanır. Film Jan Lyuk Qodarın kəşf etdiyi və sənədli filmdə nadir istifadə edilən şokuməntarı janrında çəkilib.

Noyabr ayının 3-də şəhidin doğulduğu Neftçala rayonundakı Heydər Əliyev Mərkəzində  “Samidə məktub” filminin təqdimatı olacaq”.

Xatırladaq ki, film Mədəniyyət və Turizm Nazirliyi “Yaddaş” sənədli filmlər studiyasında Milli Qəhrəmanlar silsiləsində lentə alınıb. 


Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır