Modern.az

Lukaşenkodan Azərbaycandakı referenduma DƏSTƏK

Lukaşenkodan Azərbaycandakı referenduma DƏSTƏK

28 Oktyabr 2016, 11:55

 

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşüb. Bu barədə Modern.az BELTA-ya istinadən məlumat verib.

Lukaşenko bildirib ki, Minsk sülh danışıqları meydançasında öhdəliklərini yerinə yetirir.

 

Belarus Prezidenti Azərbaycan hakimiyyətini referendumun baş tutmasına görə təbrik edib: "Bu nəticə Azərbaycan xalqının bu çətin vaxtda hakimiyyətə münasibətinin ən yaxşı təsdiqidir. Və bu, çox böyük qələbədir".

Dövlət başçısı əlavə edib: "Mən dostumla 28-29 noyabr tarixlərində görüşmək barədə razılığa gəlmişəm".

Öz növbəsində, Y.Eyyubov deyib ki, Belarus və Prezident A.Lukaşenko Azərbaycan dövləti və xalqına çox yaxın və doğmadırlar.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi