Modern.az

Nəqliyyat Agentliyinin rəhbəri avtobusda - FOTOLAR

Nəqliyyat Agentliyinin rəhbəri avtobusda - FOTOLAR

28 Oktyabr 2016, 11:59

 

İctimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin avtobuslarla rahat və təhlükəsiz gediş gəlişinin daha da yaxşılaşdırılması Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində əsas prioritetlərdəndir. Bu prinsiplərin yerinə yetirilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər (daşıyıcılar) qarşısında bir sıra tələblər qoyub. Qoyulan tələblərin icrasına nəzarət və ictimai nəqliyyat sistemində mövcud vəziyyətlə yerində taniş olmaq məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin rəhbərliyinin iştirakı ilə mütəmadi olaraq monitorinqlər keçirilir.

 

Modern.az xəbər verir ki, növbəti belə monitorinq metronun “Koroğlu” stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzində keçirilib.

Monitorinqdə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli, agentliyin müvafiq şöbələrinin məsul şəxsləri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak edib. Monitorinq çərçivəsində NMM-ə daxil olan marşrut xətti üzrə avtobuslara baxış keçirilib və sərnişindaşımada istifadə edilən avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Çatışmazlıqlar əsasən avtobusların sanitar və gigiyenik vəziyyəti və texniki baxımdan nasaz olması ilə bağlıdır. Bununla yanaşı bir sıra avtobuslarda sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edilib.

 

Montorinq zamanı aşkrarlanan bütün çatızmalıqlar ayrı ayrılıqda aktlaşdırılıb. Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli müəyyən edilən nöqsan və çatışmazlıqların qısa vaxtda aradan qaldırılması və sərnişindaşıma sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı tapşırıq və tövsiyyələrini verib. Bir daha daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq edilib ki, mövcud vəziyyət qısa vaxtda aradan qaldırılmayacağı təqdirdə onlara qarşı qanuna müvafiq ən sərt tədbirlər görüləcək.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir