Modern.az

Çin kəşfiyyatı Pentaqonun məxfi sənədlərini oğurladı - QALMAQAL

Çin kəşfiyyatı Pentaqonun məxfi sənədlərini oğurladı - QALMAQAL

Dünya

28 Oktyabr 2016, 12:14

Çin kəşfiyyatı bir neçə dəfə Amerikanın təhlükəsizlik sistemini yararaq Pentaqonun Çinlə mümkün gərginlik şəraitində atacağı addımların göstərildiyi məxfi planı oğurlayıb. Modern.az bu barədə “Wasington Post” qəzetinə istinadən xəbər verir.

 

Əldə olunan məlumatda kəşfiyyatın FTB (Federal Təhqiqatlar Bürosu) və Sakit okeandakı ABŞ donanamasının sənədlərini də ələ keçirdiyi bildirilir.

 

Ehtimal olunur ki, polkovnik-leytenant Bencamin Bişop Pekinlə gizli əməkdaşlıq edib və çinlilərə ABŞ-ın nüvə potensialı, pilotsuz uçuş aparatlarının quruluşu və Çinlə münasibətlərə aid məxfi sənədləri ötürüb.

 

Faktla bağlı Konqresdə qapalı dinləmələrin keçirilməsi gözlənilir.

 

Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!